Haqqımızda
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI
“KURORT” QAPALI SƏHMDAR CƏMİYYƏTİ
“Qaranquş” uroloji sanatoriyası


Azərbaycanda kurort mövsümü il boyu davam edir. Respublika zəngin və bəzi münasibətlərdə nadir rekreasiya və kurort resurslarına malikdir. Dağlıq və dağətəyi rayonların gözəl təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri və eləcə də günəş işığının bolluğu il boyunca dolğun istirahət və sanatoriya və kurort müalicəsi üçün hər bir şərait yaradır.

“Qaranquş” uroloji sanatoriyası ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 35 km aralıqda, Abşeron yarımadasının sahilində, Mərdəkan qəsəbəsində yerləşir. Sanatoriya 1979-cu ildən bəri fəaliyyət göstərməkdədir. Kurortun ümumi sahəsi 2,4 hektara bərabərdir.

Kurort ərazisində hökm sürən iqlim tipi – quru subtropik, yanvar ayının orta aylıq temperaturu +2oC, iyul ayının orta aylıq temperaturu +25oC, yağıntıların illik miqdarı isə 200 mm təşkil edir. Qar örtüyü davamlı olan günlərin sayı təxminən 4-5-ə bərabərdir. Ortaillik nisbi rütubət göstəriciləri 55%-dən 70%-dək dəyişir. Günəş parıltısı illik saatlarının miqdarı isə 2800-ə bərabərdir.

Müalicəvi ionlar və oksigen ilə zəngin olan Xəzər havası, şəfəqli cənub günəşi, qumlu çimərliklər və ən əsası, Çıraqqala təbii mənbəyinin müalicəvi mineral suyu “Qaranquş” sanatoriyasında sidik-tənasül sistemi xəstəliklərinin müvəffəqiyyətli müalicəsinə zəmin yaradır.

Həmçinin, “Qaranquş” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi palçıq və mineral yod-bromlu su ilə müalicə olunur; bununla bərabər, burada (Naftusiya tipli) Qalaaltı mineral su qalereyası da pasientlərə xidmət göstərməkdədir.

Təbii ki, Truskavetsdən savayı dünyanın digər guşələrində də neft mənşəli orqanik maddələr tərkibli müalicəvi mineral su yataqları mövcuddur. Bu yerlədən biri də məhz Azərbaycanın Qalaaltı kurortudur. Beləliklə, 1969-cu ildə Dəvəçi (bugünkü Şabran) rayonundan 20 km-lıq məsafədə, Qalaaltı kəndində, dağətəyi meşələrdə yeni müalicəvi su mənbəyi aşkar olunmuşdur. Meşədə həmin suyun böyük ehtiyata malik 7 mənbəyi müəyyən edilmişdir. Suyun debiti dəqiqədə 10000 litrdən artıqdır. Qalaaltının zəif minerallaşmış suları 15-25 mq/l miqdarında orqanik maddələrə malikdir. Bura ilk öncə fenol tipli efirdə həll olunan orqanik birləşmələr, karbohidratlar və uçan orqanik turşular daxildir. Bundan əlavə, Qalaaltı mineral suyunun tərkibində az miqdarda karbon turşuları, hidrogen sulfid, xlor, natrium, kalium, dəmir və mis vardır. Bu sularının növbəti səciyyəvi xüsusiyyəti – tərkibində orqanik maddələrə miqdar və keyfiyyət baxımından təsir göstərən karbohidrogen turşudan, disulfitləşdirən və tion tipli mikroorqanizmlərin (400 növə yaxın) mövcud olmasıdır.

Qalaaltı suyu müxtəlif formalarda rast gəlinən sidik daşı xəstəliyinin müalicəsində geniş şəkildə istifadə olunur. O, həm tərkibinə, həm də insan orqanizminə fizioloji təsirinə görə unikal və orijinaldır. Zəif minerallaşma (0,78 q/l qədər) və orqanik maddələr ilə bol olması (8,35-23,8 mq/l) səbəbindən, buranın suyu böyrək, öd kisəsi və eləcə də sidik və öd kanallarından kiçik daşların və qumun çəkilməsini və daşların yaranma prosesinin zəifləməsini stimullaşdırır. Bununla bərabər, o, orqanizmdə maddələr mübadiləsini normallaşdırır, qan və sidiyə qələviləşdirici təsir göstərir, bədəndən sidik turşularını qovur, mədə şirəsinin turşuluğunu azaldır, qanaxmanı minimuma endirir, hüceyrə membranlarının keçiciliyini azaldır, iltihab əleyhinə təsir göstərir, diurezi artırır və orqanizmdən artıq mayeni qovur.

Qalaaltı mənbələrindən çıxan su ümumi immunoloji təsir göstərərək, orqanizmin müdafiə mexanizmini gücləndirir, orqan və toxumalarda iltihabi proseslərin aradan qaldırılmasında köməklik göstərir, metabolizm məhsullarını və toksik maddələri bədəndən qovur və nəticə etibarilə, orqanizmin erkən qocalmasının qarşısını alır.